“Anadolu” – Azərbaycanda işləyən çoxsaylı müəssisələrin işçilərinin qidalanmasının təşkilində podratçı xidmətlərin göstərilməsində liderlərdən biridir. Uzun illərdir ki, “Anadolu” keyterinq xidmətini göstərir və bunu ən yüksək səviyyədə icra edir. Müştərilərimiz və tərəfdaşlarımızın rəyləri, onlar tərəfdən işimizin qiymətləndirilməsi və bu xidmətlərin göstərilməsi üçün daha çox müştəri tərəfindən müraciət – bunu yenə də təsdiq edir.
Hal-hazırda biz aşağıdakı növ keyterinq xidmətlərini göstəririk:
- Ofislərə yeməklərin çatdırılması və qidalanmanın təşkili.
“Anadolunun” keyterinq xidməti ofislərinizə yeməklərin tez bir zamanda çatdırılmasını təşkil edir. Yeməklərin müxtəlifliyi, yüksək keyfiyyət və demokratik qiymətlər “Anadolu” ilə əməkdaşlığınızı dadlı, sərfəli və faydalı edəcək.
- tikinti meydançalarına yeməklərin çatdırılması və qidalanmanın təşkili;
Siz yaşayış binası, ofis, xəstəxana və məktəblər tikirsiniz və bunu peşəkarcasına edirsiz? Əla! Tikinti ilə məşğul olmağa davam edin, mətbəxə isə ayağınızı da basmayın.
İnşaatçılarınızı yeməklə təmin etməyi bizə həvalə edin – çünki bizdən yaxşı bunu edən restoran tapa bilməyəcəksiniz. Və, yadınızda saxlayın, inşaatçınızın nə daddığından və necə qidalandığından onun işinin keyfiyyəti asılı olacaq. İnşaatçılarınızı bizim aşpazlarımıza etibar etsəniz, sizə zəmanət veririk ki, onlar tərəfindən tikilmiş binaların keyfiyyəti çox yaxşı olacaq!
- yerlərdə mətbəxin təşkili və açılması (səyyar mətbəx);
Bizim peşəkar komandamız işçilərinizə yemək çatdırmaqdan başqa, onların bu yeməyi hansı şəraitdə yeyəcəklərinin də qeydinə qalacaq. Yeməyimizi yeyənlərə qarşı hərtərəfli qayğı, bizim üçün yeməklərin keyfiyyəti qədər vacibdir. Biz işçilərinizi qaşıqla yedizdirməyə, ağızlarının ətrafını silməyə və, hətta, onların günorta yuxusunu təşkil etməyə hazırıq. Pulunuza görə nazınızla oynamağa hazırıq!
- Uzağa səfər xarakterli keyterinq.
Təbiət qoynunda istirahət etmək, meşədə gözəl gölün sahilində açıq səma altında toy eləmək, və ya kənddə nənənizin həyətində onu barbekü ilə təəccübləndirmək istəyirsiniz? Əla! Siz təbiətdən həzz alın – qalanı bizlikdir.
Acanda nə yeyəcəyiniz haqda “Anadolunun” keyterinq xidməti düşünəcək. Təbiət qoynunda istirahətin mükəmməl olması, təəssüratların isə yediyiniz yeməklə korlanmaması bizim üçün vacibdir. Siz istirahət edin, yemək məsələsini bizə həvalə edin!
- Tədbirlərdə keyterinq (ad günləri, uşaq bayramları).
Övladınızı ad günü münasibəti ilə təbrik eləməyə gələcək iyirmi nəfər uşağı necə yedizdirəcəyinizi bilirsinizmi?
Yox.
Biz isə bilirik! Bunu necə düzgün, faydalı və dadlı etmək lazım olduğunu biz bilirik!
Biz bunu haradan bilirik?
Ordan.
Axı biz hamımız uşağıq və uşaqlara aid olan heç nə bizə yad deyil!
- Korporativ tədbirlər, prezentasiyalar.
Prezentasiya və korporativlərdə vacib məsələləri müzakirə edən böyük xalalar və dayilar, sadəcə böyük uşaqlardı. Uşaqları uğurla yedizdirməyi öyrənmişiksə, onda böyükləri də uğurla yedizdirə bilərik. Ciddi kostyumlu dayılara qoqol-moqol verəcəyimizə söz vermirik, amma ölkənin ən yaxşı aşpazları tərəfindən hazırlanmış ləzzətli yeməklərlə təmin edəcəyimizə söz veririk!
- Keyterinqin digər növləri
Sizin fantaziyanız – bizim problemimizdir. Marsda oğlan qonaqlığı təşkil etmək istəyirsinizsə, sifarişinizi hətta ora çatdırarıq.
Necə?
Asan və tez. Siz kuryerlərimizin necə işlədiyini görməmisiniz!
***
Bundan başqa, komandamız aşağıdakı xidmətləri də uğurla göstərir:
- Mətbəxin layihələndirilməsi və hazır vəziyyətdə təhvil verilməsi;
- Mətbəx avadanlığının icarəyə verilməsi;
- İşçi heyətinin seçilməsi, işə götürülməsi və yerində treninqi.
- Restoran biznesinin inkişafına dair məsləhət xarakterli xidmətlərin göstərilməsi.